Məşəl öncə Balakəndə, sonra Zaqatalada
Bizi izləyin

Bakı 2015

Məşəl öncə Balakəndə, sonra Zaqatalada

Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəlinin növbəti məkanı Balakəndir.

Publika.az xəbər verir ki, 95 min nəfər əhalisi olan bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti bu gün saat 15:00-da baş tutacaq. Qarşılama mərasimi saat 16:00-da Heydər Əliyev parkında, tədbirin yekunlaşdırılması isə saat 16:30-da olacaq.

Məşəl estafeti daha sonra Zaqatalada davam edəcək. 123400 nəfərlik əhalisi olan “fındıq mərkəzi”ndə saat 18:00-də məşəl estafeti, 19:00-da Qala meydanında qarşılaşma mərasimi baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 19:30-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm