Balakəndə məşəli dünya və Avropa mükafatçısı alovlandırdı
Bizi izləyin

Bakı 2015

Balakəndə məşəli dünya və Avropa mükafatçısı alovlandırdı

Mayın 23-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Mingəçevirdən Ağdaş rayonuna gətirilib.

Publika.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “Bakı-2015”-in məşəlini qarşılamaq, onun təqdimatında iştirak etmək üçün küçə və meydanlara minlərlə rayon sakini çıxıb.

Avropa Oyunlarının rəmzi qapısında məşəli Yunan-Roma güləşi üzrə respublika çempionu Xoçpar Xalayev qəbul edib.

Daha sonra beynəlxalq turnirlərdə Azərbaycanın adını, bayrağını yüksəltmiş 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 2730 metr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə və Səttar Gözəlov küçəsindən keçərək Heydər Əliyev parkına gəliblər.

Avropa Oyunlarının məşəlini alovlandıran sərbəst güləş üzrə Dünya və Avropa üçüncüsü Hacımurad Çöpsiyev olub. O, səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.

Məşəldən götürülmüş alovla yandırılan “Bakı-2015”in çırağı rayon ictimaiyyətinə təqdim edilib. Yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verilib.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Məşəl estafeti daha sonra Zaqatalada davam edəcək. 123400 nəfərlik əhalisi olan “fındıq mərkəzi”ndə saat 18:00-də məşəl estafeti, 19:00-da Qala meydanında qarşılaşma mərasimi baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 19:30-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm