Portuqaliya millisi “Dalğa Arena”da hazırlaşacaq
Bizi izləyin

Bakı 2015

Portuqaliya millisi “Dalğa Arena”da hazırlaşacaq

Çimərlik futbolu üzrə Portuqaliya milli komandası Bakı 2015 Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq.

Publika.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın çimərlik futbolu meydançasını ayırıb. Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm