Bakı 2015
Məşəl Qaxda böyük coşqu ilə qarşılandı
Respublikamızın bölgələrini gəzib dolaşan, şimal-qərb bölgəsi rayonlarını da öz alovunun şəfəqlərinə qərq edən birinci Avropa Oyunlarının məşəli mayın 24-də ölkəmizin dilbər guşələrindən olan Qax rayonuna gətirildi.
Hər tərəfdən uca dağlarla əhatələnən, əsrarəngiz təbiət gözəllikləri ilə görənləri heyran edən bu qədim diyarın sakinləri Avropa Oyunlarının məşəlinin rayona gətiriləcəyi günü böyük səbirsizliklə gözləyir, neçə gündür ki, bu möhtəşəm idman bayramına hazırlaşırdı. Qax şəhərinin bütün küçə və meydanları bayramsayağı bəzədilib, hər tərəfdə səliqə-sahman hökm sürür, insanlar yüksək bayram əhval-ruhiyyəsindədirlər.
Publika.az xəbər verir ki, günün ikinci yarısında Qax şəhərinin giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu. Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu ilə qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında universal döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul etdi. Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək məşəli Qax şəhərinin mərkəzi meydanına gətirdilər. Kunq-fu üzrə Almaniya və Portuqaliyada 2010-cu və 2012-ci illərdə keçirilmiş dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Daha sonra məşəldən alovlandırılan çıraq ilk Avropa Oyunlarının sonunadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatdı.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı