Məşəl bu gün Oğuz və Şəkini gəzəcək
Bizi izləyin

Bakı 2015

Məşəl bu gün Oğuz və Şəkini gəzəcək

Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəlinin növbəti məkanı Oğuzdur.

Publika.az xəbər verir ki, 42000 nəfər əhalisi olan bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti bu gün saat 13:00-da baş tutacaq. Qarşılama mərasimi saat 14:00-da Olimpiya Kompleksi Stadionunda, tədbirin yekunlaşdırılması isə saat 14:30-da olacaq.

Məşəl estafeti daha sonra Şəkidə davam edəcək. 181 min nəfər əhalisi olan, meşələrlə örtülü Qafqaz dağlarında yerləşən bölgədə saat 19:30-da məşəl estafeti, 20:30-da Rəsulzadə/Axundzadə prospektlərində Alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 21:50-də olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm