• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Cırtdanlar” Olimpiya Oyunlarının iştirakçısı olmuş dörd idmançı göndərir

“Cırtdanlar” Olimpiya Oyunlarının iştirakçısı olmuş dörd idmançı göndərir

Lüksemburq ilk Avropa Oyunlarında iştirak edəcək ilkin heyəti açıqlayıb. 16 atletin daxil olduğu heyətdə Olimpiya Oyunlarının dörd iştirakçısı da var.

Publika.az xəbər verir ki, “Bakı 2015”-ə gələcək idmançılar arasında ən təcrübəlisi stolüstü tennis üzrə Olimpiya yarışlarında üç dəfə iştirak etmiş, iki dəfə dünya və üç dəfə Avropa çempionu olan Ni Xia Lianda yer alıb. Cüdoçu Mari Müller və bədii gimnast Saşa Palqen Olimpiya Oyunlarında bir və oxatan Jef Hekels isə iki dəfə iştirak edib.

Cenni Uorlinq 2015-ci ildə keçirilən karate üzrə Avropa çempionatında bürünc medal qazanıb. Qılıncoynadan Lis Fautş isə dünya çempionatlarında üç dəfə mübarizə aparıb.

Bakıya gələcək lüksemburqlu idmançılar oxatma, velosiped, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis və triatlon idman növlərində yarışacaqlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR