Bakı 2015
“I Avropa Oyunlarında himnimizi səsləndirib, bayrağımızı ucaltmaq istəyərəm”
Kamandan Oxatma idmanı ilə məşğul olan Zaur Qəhrəmanov da I Avropa Oyunlarına namizəd idmançılarımızdandır. O da I Avropa Oyunlarında çıxış edəcək komandanın heyətində iştirak edə bilmək üçün çalışır. Qəhrəmanov bu mötəbər turnirdə çıxış edəcəyi təqdirdə qızıl medal qazanmaq üçün əlindən gələni edəcəyini deyir.
Publika.az-a danışan Qəhrəmanov bu cür turnirdə çıxış etməyin hər bir idmançının arzusu olduğunu vurğuladı:
“I Avropa Oyunlarında namizədlər sırasında varam. Amma yüz faiz iştirak edib-etməyəcəyimi deyə bilmərəm. Çünki hələ tam heyət bəlli deyil. Əgər iştirak hüququ əldə etsəm, İlk Avropa Oyunlarında birinci yerə can atacam. Himnimizi səsləndirib, bayrağımızı ucaltmaq istəyərəm. Hər şey ola bilər və inşallah yaxşı olacağını düşünürəm. Təbii ki, çox istəyirəm seçilim. Bu cür mötəbər turnirdə çıxış etmək, uğur qazanmaq hər bir idmançının arzusudur”.
Qeyd edək ki, “Bakı 2015”-də Avropanın ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Avropa Oyunlarının formatı 64 kişi və 64 qadına rekursiv kaman kateqoriyası üzrə fərdi və komanda yarışlarında və eləcə də qarışıq komanda yarışlarında iştirak etmək imkanı verəcək. Ümumilikdə beş medal yarışı olacaq.
Beş dəst medalın 2 dəsti kişilər və qadınlar arasında şəxsi birincilikdə, 2 dəsti kişilərdən və qadınlardan ibarət komandaların yarışında, 1 dəsti qarışıq komanda yarışlarında oynanılacaq. Komandanın tərkibinə 3 kişi və 3 qadın oxatan daxil olacaq.
İlk Avropa Oyunları oxatma üzrə yarışan idmançılara Rio-2016 Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır.
Aygün İlqarqızı
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI