• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Bakı-2015” Oyunların proqramına daxil olan idman növləri üzrə yekun sınaqları başa çatdırır

“Bakı-2015” Oyunların proqramına daxil olan idman növləri üzrə yekun sınaqları başa çatdırır

“Bakı-2015” birinci Avropa Oyunları voleybol və 3x3 basketbol üzrə uğurlu idman sınaqlarını yerinə yetirməklə açılış mərasimində təmsil olunacaq 20 növünün hamısı üzrə hazırlıq proqramının icrasını başa çatdırıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “İdman sınaqları silsiləsinin hazırlıq tədbirlərimizlə birlikdə uğurla başa çatdırılması bizi Oyunların iyunun 12-də təşkil olunacaq başlanğıcına bir addım da yaxınlaşdırır. Birinci Avropa Oyunlarının həyata keçirilməsi BEGOC və bizim Azərbaycan Hökumətindəki tərəfdaşlarımız üçün böyük nailiyyətdir. Bu Oyunlar özündə şəhər miqyaslı hazırlıq işlərini ehtiva edir. Lakin biz həmişə əsas diqqətimizi idmançıların təəssüratlarına yönəldirik. Sınaq tədbirlərimiz bizə imkan verdi ki, “planlaşdır, həyata keçir, icra et, yoxla və təkmilləşdir” nəzəriyyəsi əsasında çıxarılan bəzi mühüm nəticələri öyrənək. Hazırda həmin biliklər nəticəsində Oyunları uğurla həyata keçirmək üçün daha yaxşı mövqeyə malikik. Qəti surətdə əminəm ki, möhtəşəm idman yarışları uğurlu idman tədbirlərinin əsasını təşkil edir. Biz “Bakı-2015” Oyunlarında avropalı idmançıların daim yadda qalacaq çıxışlar nümayiş etdirmələri üçün şərait yaratmaq məqsədilə əlimizdən gələni əsirgəmədik”.

İdman sınaqları Oyunların hazırlığını təmin etmək üçün nəzərdə tutulan tədbirlərdir. Sınaq tədbirləri isə özlüyündə daha geniş çeşiddə funksional istiqamətləri ehtiva edən əlahiddə yarışlardır.

BEGOC-un idman üzrə direktoru Pirs Okallaqan bunu izah edərək deyib: “İdman sınaqları silsiləsi Avropa Oyunlarına ev sahibliyi etməyə hazır olduğumuzu təsdiqləyib. “Bakı-2015”in bütün idman növləri üzrə yarış iştirakçıların uğurlu şəkildə çıxış etmələri üçün bütün məsələlərin həll olunmasını təmin edib. İdman sınaqları bizim həyata keçirdiyimiz altı əsas sınaq tədbirini tamamlayıb. Bunun sayəsində biz Oyunlar müddətində funksional istiqamətlərin bütün növləri üzrə əməliyyatları sınaqdan keçirə bildik. Əsas idman obyektlərində sınaq tədbirlərini tam idman sınaqları silsiləsi ilə birləşdirməklə, öz əməli hazırlığımızı ən sərfəli qaydada və tam həcmdə yoxladıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR