Bakı 2015
Bakı 2015: Litva komandasının heyəti açıqlanıb
İlk Avropa Oyunlarında iştirak edəcək Litva millisinin də heyəti məlum olub.
Publika.az xəbər verir ki, Olimpiya medalçıları Suklin və Petrauskas Bakı 2015-də Litvanı təmsil edəcək 72 idmançı sırasındadırlar.
Petrauskas 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında yüngül çəkili boksçuların yarışında bürünc medal qazanıb. Avarçəkmə üzrə üçqat Avropa çempionu Suklin isə həmin Olimpiya Oyunlarında 200 metr məsafəyə Kanoe qayıqları ilə təkbətək yarışda gümüş medal əldə edib.
Litva Milli Olimpiya Komitəsinin Bakı 2015 üçün elan etdiyi komandanın heyətində beynəlxalq uğurlara imza atmış bir çox idmançının adı var.
Aurimas Lankas və Edvinas Ramanauskas 200 metr məsafəyə Kayak qayıqlarında cütlük üzrə Avropa Avarçəkmə yarışında iki bürünc medal qazanıb. Avarçəkən İgnas Navakauskas 2015-ci ildə keçirilmiş Avropa Çempionatında 200 metr məsafəyə Kayak təkbətək yarışında bürünc medala yiyələnib.
Ruta Paskauskiene isə birinci Avropa Oyunlarına 38 yaşında qoşulur, lakin karyerası ərzində stolüstü tennis üzrə Avropa Çempionatında yeddi dəfə qızıl medal və ümumilikdə Avropa yarışları üzrə 16 medal qazanıb.
Vilma Rimsaite 2013-cü ildə keçirilmiş Avropa Çempionatında BMX velosiped idman yarışı üzrə gümüş medala sahib olub. Marius Paskeviçius isə cüdo üzrə keçmiş Avropa və Dünya çempionatlarının gümüş medalçısıdır. Gənc cüdoçu Karolis Bauza Avropa çempionatında iki dəfə bürünc medala layiq görülüb.
Olimpiya Oyunlarında iştirak etmiş güləşçi qardaşlar Edgaras Venckaitis və Valdemaras Venckaitis Dünya çempionatında bürünc medala sahib çıxıblar. Güləşçi Aleksandr Kazakevic isə 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilmiş Olimpiya Oyunlarında Litvanı təmsil edib.
Nəhayət, çimərlik voleybolu üzrə 20 yaşlı İeva Dumbauskaite və Monika
Povilaitytedən ibarət duet 2012-ci ildə keçirilmiş Gənclər arasında Dünya Çempionatının qalibi olub.
Bakı 2015 Avropa Oyunları üçün Litva komandasının tam heyəti aşağıdakı kimidir:
Kamandan oxatma: Dangeruta Nosaliene
Badminton: Kestutis Navickas, Akvile Stapusaityte, Povilas Bartusis, Alan Plavin, Vytaute Fomkinaite
3x3 basketbol: Ovidijus Varanauskas, Darius Tarvydas, Vitalij Luksa, Giedrius Marciukaitis, Kristina Alminaite, Erika Liutkute, Egle Taraseviciute, Kornelija Balciunaite
Çimərlik voleybolu: İeva Dumbauskaite, Monika Povilaityte
Boks: Evaldas Petrauskas, Tomas Pivorun, Edgaras Skurdelis, Eimantas Stanionis, Tadas Tamasauskas, Mantas Valavicius, Ana Starovoitova
Avarçəkmə: Yevgeni Suklin, Aurimas Lankas, Edvinas Ramanauskas, İgnas Navakauskas, Andrej Olijnik, Ricardas Nekriosius, Anele Sakalyte
Velosiped idmanı: İgnatas Konovalovas, Evaldas Siskevicius, Zydrunas Savickas, Daiva Tuslaite, Ausrine Trebaite, Vilma Rimsaite, Arminas Kazlauskis
Suya tullanma: İndre, Marija Girdauskaite, Daniela Aleksandraviciute, Martynas Pabalys
Gimnastika: Vaida Zitineviciute, Rokas Guscinas
Cüdo: Karolis Bauza, Marius Paskevicius, Sandra Jablonskyte, Santa Pakenyte
Sambo: Radvilas Matukas, Ruta Aksionova
Atıcılıq: Karolis Girulis, Ronaldas Racinskas
Üzgüçülük: Andrius Sidlauskas, Paulius Grigaliunas, Edvinas Mazintas, Diana Jaruseviciute, Agne Seleikaite, Meda Kulbaciauskaite, Greta Pleikyte, Bena Sarapaite, Greta Gataveckaite
Stolüstü tennis: Ruta Paskauskiene
Triatlon: Tautvydas Kopustas
Güləş: Edgaras Venckaitis, Valdemaras Venckaitis, Julius Matuzevicius, Aleksandr Kazakevic, Mantas Knystautas, Vilius Laurinaitis, Jonas Rudavicius, Sarunas Jurcys, Mindaugas Rumbutis, Giedre Blekaityte, Danute Domikaityte
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir