Avropa Oyunlarının növbəti şanslı qalibi – Yenə qadın
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının növbəti şanslı qalibi – Yenə qadın

Bakı 2015 I Avropa Oyunlarının növbəti "Şanslı qalib"inin adı açıqlanıb.

Publika.az xəbər verir ki, Elnarə Rəsulova bilet nömrəsi ilə təsadüfi çəkilişdə qalib gəlib. O, ailəsi üçün illik P&G məhsullarının sahibi olub. "Bakı 2015"-in "Şanslı qalib" kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün keçirilir. İyunun əvvəllərində elan ediləcək sonuncu Şanslı qalib "Nar Mobile"dan ömürlük danışıq paketi qazanacaq. Bütün mükafatlara Bakı 2015 I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki VIP bilet də daxildir.

Qeyd edək ki, ilk "Şanslı qalib" olmuş Ofeliya Abdullayeva AZAL tərəfindən ABŞ-ın Nyu-York şəhərinə ikinəfərlik biznes-klasda gediş-gəliş uçuş bileti və 1500 manat cib xərcliyi qazanıb. İkinci qalib Tahirə Məcidova isə "Tissot"dan kişi və qadın saatı əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm