Bakı 2015 75 milyonluq İran tamaşaçısı üçün razılaşma imzalayır
Bizi izləyin

Bakı 2015

Bakı 2015 75 milyonluq İran tamaşaçısı üçün razılaşma imzalayır

Bakı 2015 Qərbi Asiyada ən böyük ölkə olan İranı Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib.

Publika.az xəbər verir ki, “General Entertainment and Media” (GEM TV Qrup) İran üçün eksklüziv yayım hüququnu əldə edib və Oyunları YAHSAT, NILESAT və HOTBİRD kanallarından ödənişsiz yayımlayacaq.

Razılaşmaya əsasən televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon əhalinin fars və kürd dillərində izləyə biləcəyi gündəlik yayımlar təşkil olunacaq. Bakı 2015 yarışlarını yayımlayan şirkətlər İranı da Amerika, Hindistan, Çin, Hon-Konq, Ərəb dünyası və Avstraliya kimi ölkələr sırasına qoşur.

Bakı 2015 İlk Avropa Oyunlarının Baş Əməliyyat direktoru, cənab Saymon Kleqq bildirdi: “Avropa Oyunlarının çağırışı təqdirəlayiqdir. Bizim məqsədimiz bu 50 il ərzində hər zaman mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropa və digər ölkələrdə mümkün qədər çox insan tərəfindən izlənilməsini təmin etmək idi. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə bu kimi yarışlara olan marağın böyük olduğunu göstərir. İran ictimaiyyətinin İlk Avropa Oyunları həyəcanına qoşula bildiyini görmək çox gözəldir.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm