• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vitse-prezident: “I Avropa Oyunlarında daha çox qadınlardan uğurlu çıxış gözləyirəm”

Vitse-prezident: “I Avropa Oyunlarında daha çox qadınlardan uğurlu çıxış gözləyirəm”

Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov komandanın Avropa Oyunlarında hazırlığından danışdı.

Publika.az-a açıqlama verən federasiya rəsmisi qadınlardan ibarət komandaya daha çox inandığını deyib:

“Bildiyiniz kimi, qılıncoynatmanın rapira, şpaqa və sablya kimi növləri var. Lakin etiraf edək ki, bizim idmançılarımız rapira növü üzrə zəifdirlər. Buna görə də I Avropa Oyunlarında rapira növündə heç bir idmançı ilə təmsil olunmayacağıq. Ancaq sablya və şpaqa növündə 16 idmançımız hünər göstərəcəklər. Bu 16 nəfər həm fərdi, həm də komanda şəklində baş tutacaq yarışlarda iştirak edəcək. Onu da bildirim ki, qadınlarda sablya növü üzrə komandamız daha güclüdür. Səbinə Mikina 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Bundan başqa, güclü idmançılar dəstəsində Sevil və Sevinc Bünyatova bacılarının, Fatma İbrahimovanın adını çəkə bilərəm. Deyə bilərəm ki, qılıncoynatmanın qadınlar üzrə keçirilən yarışlarında həmin idmançılar bizi təmsil edəcək. Düzdür, oğlanlardan ibarət heyətimiz bir az gəncdir - Azər Tağıyev, Cavanşir Səfərov, Abdulla Həsənov, Cavanşir Ağakişiyev, Cəlil Ələsgərov...

Bu 5 nəfərdən dördünün yarışlarda iştirak edəcəyi dəqiqdir. Şpaqa növündə kişilərdən Kənan Əliyev, Etibar Nəcəfov, Vəkil Nəsibov, Fərid Məmmədov, qadınlardan isə Elmira Xudaverdiyeva, Samirə Hüseynova, Məryəm Məlikova və Yuliya Nelyubova mübarizəyə qoşulacaq”.

Daha sonra federasiyanın I vitse-prezidenti keçirdikləri yarışlar barədə də məlumat verdi:

“Aprelin 29-dan mayın 4-dək Çinin paytaxtı Pekində Dünya Kubokunda iştirak etdik. Bundan əlavə, Moskvada Qran Pri keçiriləcək. Mayın 27-dən iyunun 1-dək keçiriləcək bu yarışdan sonra İsveçrədə Avropa çempionatı baş tutacaq. Həmçinin sablya növü üzrə qadınlardan ibarət komanda yanvarın 4-dən 9-dək Ankarada təlim-məşqdə olub. Onu da bildirim ki, oğlanlar qadınların sablya növü üzrə komandasına baxanda daha zəif çıxış edir. Etiraf edim ki, ilk dəfə ölkəmizdə keçiriləcək bu mötəbər turnirdə daha çox qadınlardan uğurlu çıxış gözləyirəm. Kişilərdən isə şpaqa növü üzrə mübarizə aparan Kənan Əliyevin fərdi yarışlarda nəticə qazanacağına ümid edirəm”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR