Bakıya Ermənistandan 25 idmançı gələcək
Bizi izləyin

Bakı 2015

Bakıya Ermənistandan 25 idmançı gələcək

Azərbaycanda baş tutacaq I Avropa Oyunlarında iştirak etmək üçün Ermənistandan Bakıya 25 idmançı gələcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qrachya Rostomyan bildirib. Ermənistan idmançıları altı idman növündə keçirilən yarışlarda iştirak edəcəklər.

Onun sözlərinə görə, Bakıya güləşçilər - Olimpiya oyunlarının gümüş mükafatçısı Arsen Culfalakyan və bürünc mükafatçısı Artur Aleksanyan getməyəcək. Rostomyan bu qərarın idmançıların özləri tərəfindən qəbul edildiyini deyib.

Qrachya Rostomyan Bakıda olduqları zaman erməni idmançılarının təhlükəsizliyi məsələlərinin həll olunduğunu da bildirib. "Hazırda təhlükəsizliklə bağlı heç bir narahatlıq və ya digər problem yoxdur", - Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm