Bakı 2015: Məzunların vəzifə bölgüsü başlayır
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Məzunların vəzifə bölgüsü başlayır

Bakı 2015 Oyunları Akademiyasının məzunları bu həftə özlərinin Məzun Kamilliyi Proqramı üzrə təlim kurslarını bitirərək Oyunların keçiriləcəyi binalarda və əməliyyat mərkəzlərində öz konkret vəzifələrini icra etməyə başlayacaqlar.

Publika.az xəbər verir ki, 163 nəfəri Azərbaycandan, 25 nəfəri isə müxtəlif Avropa ölkələrindən olmaqla, cəmi 188 nəfər məzun ali təhsilli şəxslərin Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin (BAOƏK) tam ştatlı əməkdaşlarına çevrilməsini təmin edən bu yenilikçi proqramda iştirak ediblər.

BP şirkəti tərəfindən dəstəklənən Oyunlar Akademiyasının bir hissəsi olan bu proqramın məzunları əsas peşə bacarıqları və Oyunlar haqqında biliklər üzrə dərs otağında və iş yerində həyata keçirilən ən uzağı bir illik təlim kursundan bəhrələndilər.

Həmin kursda əsas diqqət onların Oyunlardan sonra öz karyeralarında növbəti addımları atması üçün tələb olunan bacarıqlara yönəldildi. Bu, Bakı 2015 Oyunlarının bacarıqlar aşılamaq və Azərbaycanda kadr ehtiyatı irsi qoyub getmək öhdəliyinin bir hissəsini təşkil edir.

Bakı 2015 Oyunlarında Oyunlar Akademiyası üçün cavabdeh olan Əməli bacarıqlar və hazırlıq üzrə Direktor cənab Gevin MakAlpin bildirib: “Bu, ilk belə haldır ki, tam məzun proqramı çoxsaylı idman növlərini əhatə edən böyük Oyunlar çərçivəsində işlənib hazırlanır və biz iştirakçılarımızın hər birinin verdiyi töhfədən çox razıyıq. Oyunlar Akademiyasının irsi o deməkdir ki, ölkənin gələcək beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün güclü mövqeyə malik olmasını təmin edən, çoxsaylı idman növünü əhatə edən böyük Oyunların həyata keçirilməsi üçün təcrübəyə malik olan bir sıra Azərbaycanlı kadr hazırlanacaq. Mən əminəm ki, bizim bütün məzunlarımız Oyunlar zamanı öz işlərini əla səviyyədə yerinə yetirərək Azərbaycanın və bütün Avropanın fəxr edəcəyi möhtəşəm tədbirin həyata keçirilməsinə kömək edəcəklər”.

Proqramın iştirakçıları birinci Avropa Oyunlarının həyata keçirilməsinə kömək etmək məqsədilə BAOƏK-in 19 şöbəsində, o cümlədən İctimai əlaqələr, Kadrlar, Mətbuat əməliyyatları və İdman obyekti idarəetməsi şöbələrində işləyiblər. Bakı 2015 proqramının məzunu və Heydər Əliyev Arenasında İdman obyektinin idarəetməsi mərkəzinin meneceri Aysel Hüseynova bildirib:

“Bu proqram mənim və azərbaycanlı məzun yoldaşlarımın doğma ölkəmizdə çoxsaylı idman növünü əhatə edən çox maraqlı bir tədbirin həyata keçirilməsinə kömək etmək üçün tələb olunan bacarıqlara və biliklərə yiyələnməsinə imkan yaratdı. Bakı 2015 Oyunlarının keçiriləcəyi möhtəşəm idman obyektlərinin birində işləyəcəyim üçün fəxr edirəm və bu yay Avropanın hər yerindən Bakıya gələcək adamları qarşılamağı səbirsizliklə gözləyirəm”.

Bakı 2015 Oyunları Akademiyası bir sıra icraçı tərəfdaş tərəfindən dəstəklənir, BP şirkəti isə onun xüsusi, rəsmi tərəfdaşıdır. Bakıdakı ADA Universiteti iş yerində səmərənin yüksəldilməsinə yönəldilən əsas bacarıqlar üzrə təlim kurslarını həyata keçirdi. Beynəlxalq idman elmi və texnologiya akademiyasının (BİETA) və Beynəlxalq Olimpiya akademiyasının (BOA) həyata keçirdiyi təqdimatlar isə idman aləmi haqqında təsəvvür yaratdı. Nəhayət, bu konsepsiyanı işləyib hazırlayan Broadstone adlı Amerika məsləhətçi şirkətini bir sıra fəaliyyət istiqaməti, o cümlədən tədbir idarəetməsi, əməliyyat planlaşdırması və hazırlıq mövzusunda təlim materiallarının tərtib edilməsinə rəhbərlik etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm