Bakı 2015: 200 minədək bilet satılıb
Bizi izləyin

Bakı 2015

Bakı 2015: 200 minədək bilet satılıb

İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına bilet satışı davam edir.

Publika.az xəbər verir ki, bu mötəbər idman yarışı üçün artıq 200 minədək bilet satılıb. Açılış mərasimi üçün nəzərdə tutulan biletlərin isə 70 faizi artıq satılıb. Birinci Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb. Bilet satışı prosesi hazırda davam edir və Oyunlara maraq olduqca böyükdür. Xarici ölkələrdən əsasən, Böyük Britaniya, Rusiya, Almaniya, Hollandiyadan daha çox biletin alındığı müşahidə olunur.

Oyunların biletlərini satış məntəqələrindən, yaxud www.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişlərini “Park Bulvar”, “28 Mall”, “Metro Park” Ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, “Azərbaycan” kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, “ASAN xidmət”in Yasamal filialı, eyni zamanda, metronun “Neftçilər”, “Əhmədli” stansiyaları yaxınlığında və Fəvvarələr meydanındakı “McDonald’s” restoranındakı məntəqələrə təqdim edərək bilet almaq mümkündür.

Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm