Latviya Azərbaycana 62 idmançı göndərir
Bizi izləyin

Bakı 2015

Latviya Azərbaycana 62 idmançı göndərir

İyunun 12-də Azərbaycanda keçiriləcək "Bakı 2015" I Avropa Oyunlarında iştirak etmək üçün Latviya Milli Komandası da mövqeyini açıqlayıb.

Publika.az-ın Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, ilk Avropa Oyunlarında Latviya Milli Komandası 17 idman növü üzrə 62 idmançı ilə təmsil olunacaq.

Bundan əlavə, ilk Avropa Oyunları ilə bağlı Latviyanın aparıcı media orqanlarında, o cümlədən bir neçə televiziya kanallarında materiallar hazırlanacaq.

Həmçinin, Latviya ilk Avropa Oyunlarını işıqlandırmaq üçün aparıcı KİV nümayənələrini də Azərbaycana ezam edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm