Bakı 2015
Almaniya Bakıya güclü idmançılarını göndərir
Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək ölkələr artıq bu mötəbər yarışlara hazırlıqlarını yekunlaşdırmaq üzrədir.
Publika.az xəbər verir ki, Almaniya Avropa Oyunlarında 20 idman növü üzrə 267 idmançı ilə təmsil olunacaq. Almaniya nümayəndə heyətinin təmsilçiləri bildiriblər ki, onlar gələn həftə Azərbaycana güclü komandalarını və atletlərini yola salacaqlar. Avropa Oyunlarında Almaniyanı idmanın stolüstü tennis, gimnastika növlərində güclü atletlər, həmçinin cüdoda və güləşdə London Olimpiya Oyunlarında medallar qazanmış idmançılar təmsil edəcəklər.
Almaniyadan ölkəmizə idmançılardan əlavə 140 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Münhendəki mərkəzdə Almaniya Olimpiya Komitəsinin təmsilçiləri milli komandalarının ən son hazırlıq proseslərini yoxlayırlar, onlara təlimatlar verir və yarışlarda iştirak edəcək atletləri milli idman formaları ilə təchiz edirlər.
Almaniyanın atıcılıq idman növü üzrə milli komandası da birinci Avropa Oyunlarına ciddi hazırlıq prosesi keçir. Milli komandanın tərkibində həm qadınlar, həm də kişilər təmsil olunublar. İntensiv məşq prosesi, Avropa Oyunlarının iştirakçılarının hərtərəfli hazırlanması məşqçilərin və komanda rəhbərliyinin diqqət mərkəzindədir. İlk dəfə Avropa Oyunlarında iştirak edəcək atıcılıq üzrə Almaniya milli komandası dünyada ilk üç ən güclü komandalardan biridir.
Azərbaycanın birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi səylər, eyni zamanda, qitənin bu mötəbər yarışlarını qəbul edəcək paytaxtımızın gözəlliyi, xalqımızın qonaqpərvərliyi avropalılarda böyük təəssüratlar yaradıb.
Almaniya nümayəndə heyətinin üzvləri bildiriblər ki, onlar Bakıya gedəcəkləri günü səbirsizliklə gözləyirlər. Bakıdakı Avropa Oyunları nümayəndə heyətində Olimpiya Oyunları təəssüratını yaradır. Bütün hazırlıqlar Olimpiya Oyunları ilə çox oxşardır. Bu Oyunlar Almaniya komandası üçün həm də Rio 2016 Yay Olimpiya Oyunlarına hazırıq baxımından yaxşı imkan olacaq.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub