Şəhərdə reklam lövhələrinə onların posterləri vurulacaq
Bizi izləyin

Bakı 2015

Şəhərdə reklam lövhələrinə onların posterləri vurulacaq

Milli Olimpiya Komitəsinin I vitse prezidenti Çingiz Hüseynov jurnalistlər və federasiya rəsmiləri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, Çingiz Hüseynov Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin sevindirici hal olduğunu deyib. Ç.Hüseynov tədbirin əsas məqsədi barədə məlumat verib:

"Məqsədimiz Azərbaycan idmançılarını təbliğ etmək, onların qələbələrini işıqlandırmaqdır. Beləliklə də, Azərbaycan tamaşaçılarını onlarla daha yaxından tanış edə bilərik. Bundan başqa, bütün qalibləri bura dəvət edəcəyik, mükafatlandırma olacaq".

Çingiz Hüseynov medal gözlədiyi idman komandalarımızdan da söhbət açdı: "Sambo, cüdo, taekvondo, boks, karate, güləş kimi növlərdən medal gözləyirik. Qadın voleybolunun da medal qazanmaq ehtimalı var".

Daha sonra Çingiz müəllim federasiya rəsmilərinə müraciət etdi:

"Qalib gəlmiş idmançıları sabah bura gətirməkdə bizə köməklik göstərsinlər. Biz bunu ənənə halına gətirmək istəyirik".

Nəticə verəcəyinə ümid edilən idmançıların adlarına mükafatlar hazırlanıb, şəhərdə yarışdan öncə reklam lövhələrinə onların posterləri vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm