Ağsu məşəli gözləyir
Bizi izləyin

Bakı 2015

Ağsu məşəli gözləyir

Şəhər və rayonlarımızı dolaşan I Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Ağsu rayonudur.

Publika.az xəbər verir ki, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən bölgədə ənənəyə uyğun olaraq məşəl estafeti olacaq. Məşəl estafeti bu gün saat 15:00-da baş tutacaq. 16:00-da Heydər Əliyev parkında qarşılama mərasimi olacaq. Tədbirin yekunlaşdırılması isə saat 16:30-a nəzərdə tutulub.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm