• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məşhur kinorejissor: “I Avropa Oyunlarında mütləq iştirak edəcəm”

Məşhur kinorejissor: “I Avropa Oyunlarında mütləq iştirak edəcəm”

Rusiya Kinomatoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək.


Publika.az xəbər verir ki, N. Mixalkov bu barədə “Vestik Kavkaz” saytına açıqlamasında deyib.


“Azərbaycan Prezidenti İlham Əliyevdən bu ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunlarına dəvət almışam. Mən məmnuniyyətlə bu dəvəti qəbul etdim və mütləq oyunlarda iştirak edəcəm”, - deyə o qeyd edib.


Məşhur kinorejissor I Avropa Oyunlarının möhtəşəm keçiriləcəyindən əmin olduğunu qeyd edib: “Mən Bakıya turist kimi getmirəm, çünki bu şəhər mənə çox doğmadır. Bir neçə dəfə Qafqazın incisi olan bu şəhərdə olmuşam, filmlərimin Bakıda çəkilən səhnələri də olub. Bu baxımdan, Bakıda olmaqdan məmnun olacağam. Hesab edirəm ki, biz möhtəşəm tədbirin şahidi olacağıq”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR