• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Xorvatiyanı I Avropa Oyunlarının atıcılıq yarışlarında 12 idmançı təmsil edəcək

Xorvatiyanı I Avropa Oyunlarının atıcılıq yarışlarında 12 idmançı təmsil edəcək

“Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarında Xorvatiyanı təmsil edəcək idmançıların adları açıqlanıb.

Xorvatiyanı atıcılıq yarışlarında Maşa Beriç, Boyan Durkoviç, Anton Qlasnoviç, Josip Qlasnoviç, Petar Qorşa, Mariya Maroviç, Snejana Peyçiç, Tanja Perec, Vlatka Pervan, Jeljko Posaveç, Saşa Şpirelya, İvika Ştritof təmsil edəcəklər.

Oyunlar zamanı Xorvatiyanın bayrağını daşıyacaq Snejana Peyçiç 10 metr məsafədən tüfənglə havaya atəş yarışında “London-2012” Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizədə qalib gəlib. O, həmçinin 2014-cü ildə 50 metr məsafəyə tüfənglə atəş açma (3 vəziyyətdə) yarışında dünya çempionatının gümüş medalını qazanıb.

S.Peyçiç Azərbaycana gələcək Xorvatiya atıcılıq komandasının əsas idmançılarından biridir. Anton və Yosip Qlasnoviçlər də “London-2012” Olimpiya Oyunlarının iştirakçıları olublar. Anton Qlasnoviç səngər stendi üzrə 2013-cü ildə keçirilmiş dünya çempionatında gümüş medal qazanıb. Josip Qlasnoviç isə eyni növdə 2013-cü ildə Avropa çempionu olub. Bundan başqa, Petar Qorşa “Pekin-2008” və “London-2012” Olimpiya Oyunlarında iştirak edib. Boyan Durkoviç isə “London-2012” Olimpiya Oyunlarında mübarizə aparıb.

Birinci Avropa Oyunlarının atıcılıq yarışları iyunun 16-dan 22-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR