Qobustan və Şamaxı da məşəl bayramını yaşayacaq
Bizi izləyin

Bakı 2015

Qobustan və Şamaxı da məşəl bayramını yaşayacaq

Azərbaycanın böyük hissəsini dolaşan I Avropa Oyunlarının məşəli bu gün daha iki rayonun “qonağı” olacaq.

Publika.az xəbər verir ki, günün birinci yarısında “Bakı 2015”in rəmzi Qobustan rayonuna aparılacaq. Saat 11:00-da baş tutacaq məşəl estafetinin ardından 12:00 Bayraq meydanında qarşılama mərasimi olacaq. Tədbir 12:30-da yekunlaşacaq və məşəl Şamaxıya istiqamət alacaq.

Günün ikinci yarısında saat 19:30 bu tarixi məkanda məşəl estafeti start götürəcək. Bir saat sonra Heydər Əliyev parkında möhtəşəm Alov festivalı keçiriləcək. 21:50-də Şamaxıdakı tədbir yekunlaşacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm