Bakı 2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq
Bizi izləyin

Bakı 2015

Bakı 2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq

Serbiyalı izləyicilərə I Avropa Oyunlarını seyr etmək imkanı verən yayım müqaviləsi imzalanıb.

Publika.az-ın məlumatına görə, oyunlar ödənişsiz ictimai yayım kanalı olan Radio Television Serbiya (RTS) vasitəsilə nümayiş olunacaq. Bu kanal Olimpiya Oyunlarının, eləcə də futbol üzrə UEFA Çempionlar Liqasının yayım hüququna sahibdir. Kanal ölkə üzrə 3 milyon evdə izlənilir.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bununla bağlı deyib: “Bakı 2015, uzunömürlü brend yaratmağa kömək etmək, həmçinin, bu həyəcanı Avropada və onun hüdudlarından kənarda mümkün qədər çox izləyici ilə bölüşmək üçün Birinci Avropa Oyunlarının ən geniş yayım şəbəkəsində nümayiş olunmasını təmin etməyə çalışır. Bu yeni müqavilə Oyunlara böyük marağın olduğunu göstərir və mən çox şadam ki, serbiyalı azarkeşlər öz idmançılarının yarışını izləmək imkanı əldə edəcəklər. Serbiya güclü idman ənənəsinə malik ölkədir və biz serbiyalı idmançılardan gələn ay Bakıda böyük uğurlar gözləyirik.”

RTS Proqramının Direktoru Vladan Skrkik deyib: “Mən həmişə idmanın inkişaf etdirilməsinə dəstək vermişəm və belə bir yarışda, ələlxüsus da inaqurasiya versiyasında iştirak etməyə görə çox şadam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm