Lalə: “Bu yarışların Azərbaycana lazımsız olduğunu deyənlərin fikrində cəhalət var”
Bizi izləyin

Bakı 2015

Lalə: “Bu yarışların Azərbaycana lazımsız olduğunu deyənlərin fikrində cəhalət var”

“Bakı-2015” Birinci Avropa Oyunlarına sayılı günlər qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Prosesi çox maraqla izlədiyini söyləyən əməkdar artist Lalə Məmmədova Publika.az-a müsahibəsində Birinci Avropa Oyunları ilə bağlı öz hazırlıqlarından danışıb:

“Qürurverici hadisədir. Ölkəmizin adı hallanacaq, özü də nə az, nə çox, düz 50 ölkədə. Həmin ölkələrdən insanlar gələcək. Vacib idman oyunlarının yarışı təşkil olunacaq. Təbii ki, çox böyük hadisədir. Ancaq birdən-birə bu oyunlardan çox şey gözləmək düzgün deyil. Bunun səsi-sorağı, Azərbaycana verəcəyi çox şeylər olacaq. Bunu da tarix göstərəcək. Bu yarışların Azərbaycana lazımsız olduğunu deyənlərin fikrində, düşüncəsində cəhalət var. Belələri bir şeyi bilməlidir ki, belə tədbirlər üçün tökdüyümüz hər manatın, çəkdiyimiz hər əziyyətin mükafatını artıqlaması ilə alacağıq!”

Açılış mərasimini canlı izləməyəcəyini deyən əməkdar artist bir sıra yarışlara bilet alacağını da istisna etməyib:

“Açılış v ə bağlanış mərasimlərini isə evdən izləyəcəyəm. İzdiham olan yerləri elə də sevmirəm. Narahatlıq keçirirəm. Evdən izləmək mənə daha rahat olacaq. Hələ ki, bilet almamışam. Amma bilirəm satışda hələ biletlər var. Üzgüçülük yarışlarına mütləq gedib baxacağam. Çünki özüm də uzun illər üzgüçülüklə məşğul olmuşam. Bu səbəbdən üzgüçülük məni cəlb edir. Avarçəkmə idman növü də marağımı çəkir. Ümumilikdə isə idmanın hər növünə marağım var. Qaydasız döyüş istisna olmaqla. İdman bədənin tərbiyəsidir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm