Məşəl Qusar və Quba yolunda
Bizi izləyin

Bakı 2015

Məşəl Qusar və Quba yolunda

Azərbaycanın böyük hissəsini dolaşan I Avropa Oyunlarının məşəli bu gün daha iki rayonun “qonağı” olacaq.

Publika.az xəbər verir ki, günün birinci yarısında “Bakı 2015”-in rəmzi Qusar rayonuna aparılacaq. Saat 12:00-da baş tutacaq məşəl estafetinin ardından 13:00-da General Əbilov Meydanında qarşılama mərasimi olacaq. Tədbir 13:30-da yekunlaşacaq və məşəl Qubaya istiqamət alacaq.

Günün ikinci yarısında saat 20:15-də Qubada məşəl estafeti start götürəcək. Bir saat sonra – 21:15-də şəhər meydanında alov festivalı keçiriləcək. 22:35-də Qubadakı tədbir yekunlaşacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm