Fəridə Abıyeva: “Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq”
Bizi izləyin

Bakı 2015

Fəridə Abıyeva: “Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq”

I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 12 karateçidən biri də Fəridə Abıyevadır. Xanım idmançı İlk Avropa Oyunlarında Kumite yarışlarında -61 kq çəkiylə çıxış edəcək.

Bir çox turnirlərdə özünü sınamış Fəridə Abıyeva ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarında medal qazanaq azarkeşləri sevindirmək istəyir. O həmçinin karate-do növü üzrə I dan qara kəmər ustasıdır.

Publika.az-a açıqlamasında xanım idmançı Avropa Oyunlarını Azərbaycanın tarixində əlamətdar hadisə kimi qiymətləndirdi:

“11 gün sonra Bakıda keçiriləcək I Avropa Oyunları demək olar ki, bütün ölkələrin idman tarixində əlamətdar hadisə kimi qeyd olunacaq. Bu turnirin böyük əhəmiyyəti var. Çünki I Avropa Oyunları Olimpiya Oyunlarına bərabərdir. Təbii ki, karatenin də Avropa Oyunlarının proqramına salınması bizim üçün böyük stimul oldu. Artıq Avropa Oyunlarında iştirak edəcək karateçilərimizin də tam siyahısı bəllidir. Bizim yarışlara hazırlığımız da yüksək səviyyədədir. İnanıram ki, I Avropa Oyunlarında yüksək nəticələr əldə edəcəyik. Çünki Azərbaycanı layiqli şəkildə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq”.

Qeyd edək ki, Karate birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir.

Bakı 2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq. Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm