UNICEF I Avropa Oyunlarının məşəlini qəbul edəcək gənci dəstəkləyir
Bizi izləyin

Bakı 2015

UNICEF I Avropa Oyunlarının məşəlini qəbul edəcək gənci dəstəkləyir

Bu gün Azərbaycanda qeyd olunan beynəlxalq uşaqlar günündə namizədliyi UNICEF tərəfindən irəli sürülmüş gənc Aysun Əliyeva Bakı 2015 Avropa oyunlarının məşəlini Qubada keçiriləcək mərasimdə qəbul edəcək.

17 yaşlı Aysun Azərbaycanın 19 və 21 yaşınadək qadın milli komandalarının futbolçusudur.

Publika.az UNİCEF-in Media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, UNICEF Bakı 2015 Avropa oyunlarının İcraçı komitəsi ilə əməkdaşlıqda Azərbaycan gənclərinin həyatının daha da zənginləşdirilməsinə töhfə vermək üçün səy göstərir. UNICEF və Bakı 2015 Avropa Oyunlarının icraçi komitəsi arasında əldə edilmiş razılığın bir hissəsi olaraq Təhlükəsiz və inkluziv idman üzrə milli yeniyetmələrin məsləhətləşməsi tədbiri 10-11 iyun tarixlərində Bakıda keçiriləcək.

Məsləhətləşmələr zamanı yeniyetmələr həyatlarında idmanın əhəmiyyətini müzakirə etmək və Azərbaycanın Avropa oyunlarına və gələcək iri miqyaslı idman tədbirlərinə ev sahibliyi etməsi nəticəsində uşaq və yeniyetmələr qarşısında açıla biləcək fürsətləri vurğulamaq imkanı əldə edəcəklər.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Shilakadzenin sözlərinə görə, idman təşəbbüslərində iştirak etmək xüsusilə Aysun kimi qız uşaqları kimi hər bir uşağın fiziki və sosial inkişafının ayrılmaz və əhəmiyyətli hissəsidir: “Onun məşəl mərasimində iştirak etməsi Azərbaycan qız və oğlanlarının təhlükəsiz və inkluziv idmandan bəhrələnmək hüququnu və cəmiyyətin bütün aspektlərində ən çox məhrumiyyətlərə məruz qalan uşaq və yeniyetmələri cəlb etmək üçün idmanın vasitə olaraq rolunu işıqlandırır”.

Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunlarının məşəli ilk olaraq 26 aprel tarixində Atəşgəh məbədində yandırılıb və məşəlin daşınacağı marşrut Azərbaycanın 61 regionundan keçəcək. Bağlanma mərasimi zamanı məşəl söndürülənədək hər bir şəhərdə oyunun simvolu olaraq alov yandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm