Bakı 2015
Məşəl Azərbaycanın Şimal qapısında
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib.
Publika.az xəbər verir ki, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılandı.
Məşəl kikboksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olundu. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəldilər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşıladılar.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olundu.
Qusardan sonra birinci Avropa Oyunlarının məşəli Quba rayonuna yola salındı.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama