Dünya və Avropa çempionu: “Bütün dünyanın diqqəti Bakıda olacaq”
Bizi izləyin

Bakı 2015

Dünya və Avropa çempionu: “Bütün dünyanın diqqəti Bakıda olacaq”

Sərbəst güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev Avropa Oyunları ilə bağlı danışıb.

Publika.az-a açıqlama verən idmançı I Avropa Oyunlarında qızıl medal üçün güləşəcəyini deyib:

“Birinci Avropa Oyunlarında idmançılarımızdan uğur gözləyirəm. Bu yarış ölkəmizdə keçirildiyindən bizdən böyük məsuliyyət tələb olunur. Çox istəyirəm ki, Avropa Oyunlarında birinci yeri tutum. İlk Avropa Oyunlarını keçirmək, ona ev sahibliyi etmək həm böyük şərəf, həm də məsuliyyətli bir işdir.

İyunun 12-28-də bütün dünyanın diqqəti Bakıda olacaq. Paytaxtımızda təşkil olunacaq bu yarışa yüksək səviyyədə hazırlıq gedir, mühüm işlər görülür. Hazırda əsas hazırlığımız Avropa Oyunlarına yönəldilib. Bu yarışda Avropadan olan güclü idmançılar iştirak edəcək. Mənim də bütün rəqiblərim haqda məlumatım var”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm