Kiyevdə yürüş: I Avropa Oyunlarına tanıtım keçirildi – FOTO
Bizi izləyin

Bakı 2015

Kiyevdə yürüş: I Avropa Oyunlarına tanıtım keçirildi – FOTO

Ukraynanın paytaxtı Kiyevdə İlk Avropa Oyunları ilə bağlı bayram yürüşü keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyans, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə baş tutan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşiçı” (Супер Барабанщицы) ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.

Şəhərin mərkəzində bayram yürüşü zamanı, həmçinin paytaxtın sakinlərinə və qonaqlarına I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

“Super Barabanşiçı” ansamblının iştirakı ilə bir gün sonra ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında daha bir bayram yürüşü keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyulub. Abidə önündə çıxış edən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının məsuliyyətini dərk etməklə bir daha idman ölkəsi olduğunu sübut etdi. O qeyd edib ki, Azərbaycanda İlk Avropa Oyunları uğurla həyata keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.

Qeyd edək ki, İlk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.

Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm