Avropa Oyunları – Şokolad kimi...
Bizi izləyin

Bakı 2015

Avropa Oyunları – Şokolad kimi...

I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin təqdimat mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisini Bakı şəhərində ilk həftədən 10 mindən çox insan izləyib.

Xüsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr olunmuş ümumi çəkisi 200 kq, eni 3 metrdən çox olan dünyada analoqu olmayan şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi iyunun 5-də Muzey Mərkəzində keçiriləcək.

Rəsmdə nəyin əks olunduğu isə təqdimatın açılış gününədək müəllif tərəfindən sirr kimi saxlanılır.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Nikolya" Şokolad Muzeyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm