• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Pənah Əlizadə: “Avropa Oyunları hər bir idmançı üçün böyük stimuldur”

Pənah Əlizadə: “Avropa Oyunları hər bir idmançı üçün böyük stimuldur”

Bakı 2015 İlk Avropa Oyunları ölkəmizdə böyükdən-kiçiyə hər kəsin diqqət mərkəzindədir. İdmançılar açıqlamalarında bu yarışın faydalarından həvəslə danışırlar. Hətta “Bakı 2015”-də iştirak etməyəcək idmançılar belə bu mötəbər idman bayramına biganə qalmır. Azərbaycan Atçılığın Konkur növü üzrə idmançısı Pənah Əlizadə də Avropa Oyunları ilə bağlı fikirlərini bildirib.

Publika.az-a danışan çapar bu turniri önəmli yarış hesab etdiyini vurğulayıb:

“Təbii ki, I Avropa Oyunları çox vacib hadisədir, önəmli turnirdir. Bu Oyunların ölkəmizdə keçirilməsinin idmançılarımız üçün çox xeyri var. Bundan əlavə İlk Avropa Oyunları hər bir azərbaycanlı idmançıya stimul verir. Avropa Oyunlarında iştirak etməsək də, başqa beynəlxalq turnirlərdəki çıxışlarımız üçün bizə böyük stimuldur. İnanıram ki, idmançılarımız bu mötəbər turnirdə yaxşı nəticə verəcəklər. Hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının iştirakı gözlənilir.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR