Nazirdən açıqlama: “Şadam ki, məşəlçilər arasında İlhamə Quliyeva da var”
Bizi izləyin

Bakı 2015

Nazirdən açıqlama: “Şadam ki, məşəlçilər arasında İlhamə Quliyeva da var”

Bakı 2015 Birinci Avropa Oyunlarının məşəlinin Bakı səfəri zamanı məşəli daşıyanlardan biri də xalq artisti İlhamə Quliyeva olacaq. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakı 2015 Birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək açılış mərasimində “Olimpiya” stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da Bakı şəhərindən keçəcəyi marşrutun açıqlanması mərasimində deyib.

Publika.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov xalq artisti İlhamə Quliyevanın məşəlçi olub-olmayacağını belə şərh edib:

“Təəccüblüdür ki, niyə İlhamə xanımın məşəlçi olması ətrafında bu cür müzakirə başlayıb. Xalq onu çox sevir, bizim gözəl müğənnimiz, primadonnamızdır. 150-dən artıq məşəlçi arasında İlhamə Quliyeva da var. O, məşəlin Bakı səyahətində iştirak edəcək. Qaça bilməsə də, 20-30 metr gəzə bilər. Çox şadam ki, məşəli daşıyanlar içərisində İlhamə xanım da var".

Dünən Bakıya gələn məşhur futbolçu Zlatan İbrahimoviçin Birinci Avropa Oyunların Əməliyyat Komitəsi tərəfindən dəvət edilmədiyini vurğulayan nazir “Bakı 2015”-in açılış mərasiminə məşhur ulduz Adelin dəvət olunması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Bildiyimə görə, bu müğənni 1 ildən çoxdur ki, ifa etmir. Çox istərdik ki, bizim tədbirimizdə olsun. Amma onun iştirakı alınmayacq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm