• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Məşəlin Bakı marşrutu – TAM PROQRAM

Məşəlin Bakı marşrutu – TAM PROQRAM

Bu gün İlk Avropa Oyunlarının məşəlinin Bakı marşrutu açıqlanıb. Beş günlük möhtəşəm tədbirlər Bakının qonaqlarına təklif edə biləcəyi sərvətləri nümayiş etdirəcək.

Publika.az Bakı marşrutunun tam proqramını təqdim edir:

Bakıdakı tədbirlər

7 iyun: Alovun Gəlişi

18:00 – 21:30

Məşəlin şəhərə təntənəli şəkildə gəlişini, Dənizkənarı Milli Parkda başlayacaq və Qız Qalasında bitəcək 16 km-lik estafetini izləməyə qoşulun.

8 iyun: İdman obyektləri

Məşəlin Bakı 2015-in arenalarına olan səyahətinə tamaşa etmək üçün Bakı 2015-in rəsmi internet səhifəsini və rəsmi sosial medianı diqqətlə izləyin.

9 iyun: İçəri Şəhər

16:00 – 16:50

Məşəl şəhərin ən məşhur tikililərindən keçərək, küçələr boyunca daşınan zaman Siz də Bakının tarixi məkanlarına təkrarolunmaz səyahət edin.

10 iyun: Parklar və Mədəni Obyektlər

Məşəl şəhərin ən gözəl parklarına və meydanlarına səyahət edərkən Siz də bu əyləncəli anlara qoşulun.

13:00 Nizami küçəsindən Fəvvarələr meydanınadək

14:00 Qış Parkından Heydər Əliyev Sarayına

15:30 Filarmoniya Bağından funikulyora

16:30 Dağüstü Park

11 iyun: Alovun yola salınması

21:00 - 21:30

İyunun 12-də Açılış Mərasimi zamanı Bakı Olimpiya Stadionuna daxil olmazdan əvvəl Alovun şəhər boyunca son gəzintisinə Dənizkənarı Milli Parkda qoşulun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR