Elmar Məmmədyarov I Avropa Oyunları haqqında müsahibə verib
Bizi izləyin

Bakı 2015

Elmar Məmmədyarov I Avropa Oyunları haqqında müsahibə verib

“Biz I Avropa Oyunlarının başlanmasına yaxınlaşırıq. İlk dəfə keçiriləcək bu tədbiri ən yüksək səviyyədə keçirməyə çalışırıq”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində deyib.


XİN rəhbəri qeyd edib ki, Azərbaycan Olimpiya xartiyasına əsasən Avropa Oyunlarını təşkil edir: “Azərbaycan öz zəngin təcrübəsinə söykənərək dünyada sabitliyə, çiçəklənməyə, dostluğa, mədəniyyətlərarası və dinlərarası dialoqa kömək edir. Bunu yalnız Avropada deyil, onun hüdudlarından uzaqda da həyata keçirir. I Avropa Oyunları kifayət qədər geniş miqyaslı olacaq. Biz idmanın 20 növündə mübarizə aparacaq 6 mindən çox idmançısını qəbul etməyə hazırlaşırıq. Onları 3 mindən çox insan müşayiət edəcək.

Qeyd edim ki, biz Rusiya KİV-nin 150 nümayəndəsinin Bakıya gəlişini də gözləyirik. Onlar yalnız Moskvadan deyil, Rusiyanın müxtəlif regionlarından olacaqlar. Biz Rusiya jurnalistlərini, idmançılarını və azarkeşlərini Bakıda görməkdən şad olacağıq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm