• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ceyran Əliyeva: “Avropa Oyunlarında gərgin mübarizə olacaq”

Ceyran Əliyeva: “Avropa Oyunlarında gərgin mübarizə olacaq”

Voleybol üzrə milli komandanın ən uğurlu üzvlərindən biri də Ceyran Əliyevadır. Xanım idmançı həmçinin Avropa Oyunlarında 11 azərbaycanlı idman elçisindən biri seçilib. O, həmçinin millinin tərkibində London Yay Olimpiadasının da iştirakçılarından olub.

Ceyran Əliyeva bu dəfə Avropa Oyunlarındakı çıxışı ilə diqqətləri üzərinə çəkməyə çalışacaq. O da digər idmançılarımız kimi Avropa Oyunlarının ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib.

Publika.az-a danışan voleybolçu xanım doğma divarlar arasında mübarizə aparmağın, azarkeş dəstəyini yaxından hiss etməyin onlara daha da güc verəcəyini bildirib:

“Öz azarkeşlərimiz qarşısında çıxış etmək bizim üçün əlavə stimul və gücdür. Həmçinin daha da məsuliyyətli olmalıyıq. Məşqlərə aprel ayından başlamışıq. Anlayırıq ki, Yay Olimpiadasında olduğu kimi, Avropa Oyunlarında da gərgin mübarizə olacaq. Güclü rəqiblər, komandalar var. Amma biz də yaxşı nəticə vermək istəyirik. Deyərdim ki, komandamız qalib gəlmək gücündədir”.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında voleybol yarışları iyunun 13-28-də baş tutacaq. Bu növdə 480 idmançı - kişilər və qadınlar arasında hərəsində 12 komandanın iştirak edəcəyi və simvola çevrilmiş məşhur Bakı Kristal Zalında keçiriləcək voleybol yarışlarında iki medal dəsti uğrunda mübarizə aparacaqlar. Yarışlarda Rio 2016 Olimpiya Oyunları üçün kvalifikasiya xalları qazanmaq imkanı da olacaq.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR