
Cüdo üzrə Azərbaycan milli komandasının məşqçilər
korpusu “Bakı-2015” birinci Avropa Oyunları üçün heyəti
müəyyənləşdirib.
Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq yarışda Orxan
Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Tərlan
Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Ramin Qurbanov
(90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi
Kokauri (100 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.
Birinci Avropa Oyunlarında cüdo yarışları iyunun 25-dən 28-dək
“Baku Crystal Hall”da təşkil olunacaq.