Bolqarıstanın boks yığması Bakıda!
Bizi izləyin

Bakı 2015

Bolqarıstanın boks yığması Bakıda!

I Avropa Oyunlarında iştirak edəcək boks üzrə Bolqarıstan milli komandası artıq Bakıya gəlib.

Publika.az xəbər verir ki, şərqi avropalılar məşqçilər Palmi Rançev və Mixail Tankovun rəhbərliyi altında 9 boksçu ilə məşq keçirlər. Onlardan Radoslav Panteleyev apreldə Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirində qızıl medal qazanıb. Tinko Banabakov da “Böyük İpək Yolu” turnirində mükafatçılar sırasına daxil olub.

O, yalnız finalda rusiyalı Bator Saqaluyevə uduzaraq, gümüş medalla kifayətlənib. Əvəzində Banabakov həmin vaxt Azərbaycan millisinin üzvü Salman Əlizadədən üstün olub. 69 kq çəki dərəcəsində çıxış edən Simeon Çamov da komandanın təcrübəli üzvlərindəndir. O, hələ 2009-cu ildə İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatında iştirak edib.

Bolqarıstan yığmasının heyəti:

49 kq. Tinko Banabakov

52 kq. Daniel Asenov

56 kq. Stefan İvanov

60 kq. Elian Dimitrov

64 kq. Ayrin İsmetov

69 kq. Simeon Çamov

81 kq. Radoslav Pantaleyev

91 kq. Kristiyan Dimitrov

+91 kq. Petr Belberov

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında boks yarışları 16-27 iyunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm