Bakı 2015-in idman obyektləri yarışlara hazırdır
Bizi izləyin

Bakı 2015

Bakı 2015-in idman obyektləri yarışlara hazırdır

On səkkiz idman obyekti birinci Avropa Oyunlarının başlamasını gözləyir.

Şəhərin 4 əsas obyektlər qrupunda yerləşən 12 daimi və 6 müvəqqəti idman obyekti birinci Avropa Oyunlarının yarışlarını qəbul etməyə tam hazırdır.

Publika.az xəbər verir ki, bu obyektlərdən biri olan Bakı Olimpiya Stadionu Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək. Həmçinin burada növbəti illər ərzində futbol üzrə Azərbaycan milli komandasının ev oyunları da keçiriləcək.

Beşi yeni olmaqla, 12 idman obyekti Bakı 2015 yarışlarından sonra Oyunların mirası olaraq qalacaq. Bunlar Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionudur.

Hazırlıqları yenicə tamamlanmış Voterpol Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Parkı, triatlon və velosiped yarışlarının keçiriləcəyi idman obyektləri isə yalnız Avropa Oyunları zamanı fəaliyyət göstərəcək müvəqqəti obyektlər sırasındadır. Bundan başqa 1042 mənzildən ibarət olan Atletlər Kəndi ilə yanaşı 10 təlim-məşq və qeyri-yarış obyekti də Oyunlar zamanı idmançılara xidmət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm