Məşəl Xaçmaza gətirilir
Bizi izləyin

Bakı 2015

Məşəl Xaçmaza gətirilir

Azərbaycanın böyük hissəsini dolaşan I Avropa Oyunlarının məşəli bu gün daha bir rayonun “qonağı” olacaq.

Publika.az xəbər verir ki, günün birinci yarısında “Bakı 2015”-in rəmzi Xaçmaz rayonuna aparılacaq. Saat 15:00-da baş tutacaq məşəl estafetinin ardından 16:00-da Bayraq Meydanında qarşılama mərasimi olacaq. Tədbir 16:30-da yekunlaşacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm