Bakı 2015 Rusiyada 53 milyon evdə izləniləcək
Bizi izləyin

Bakı 2015

Bakı 2015 Rusiyada 53 milyon evdə izləniləcək

Bu gün Bakı 2015 Avropa Oyunları Rusiyanın “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bununla da kanal qonşu ölkədə birinci Avropa Oyunlarını həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ əldə edib. Müqaviləyə əsasən, 12-28 iyun tarixlərində keçiriləcək Birinci Avropa Oyunları Rusiyada 53 milyon evə yayımlanacaq.

“Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə deyib: “Mən, Birinci Avropa Oyunlarının bu cür önəmli bazarda yayımına nail olmaq üçün “Rusiya” televiziya kanalı ilə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin coşğulu idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində, bütün platformalar üzrə geniş yayımdan zövq alacaq”.

“Rusiya” televiziya kanalının İdman şöbəsinin rəhbəri cənab Aleksandr Tasçin əlavə edib: “Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük yığma ilə təmsil olunacaq. Məhz buna görə də, biz “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm