Böyük məşqçi: “17 gün ərzində böyük idman bayramı olacaq”
Bizi izləyin

Bakı 2015

Böyük məşqçi: “17 gün ərzində böyük idman bayramı olacaq”

Karate üzrə 4 qat Avropa, 6 qat dünya çempionu Rəşad Hüseynov I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini müsbət hal kimi qiymətləndirib.

Hazırda karate üzrə milli komandanın böyük məşqçisi kimi fəaliyyət göstərən R.Hüseynov Publika.az-a açıqlamasında bu mötəbər turniri ölkəmiz üçün böyük idman bayramı adlandırıb:

“I Avropa Oyunları kimi mötəbər turnirin ölkəmizdə keçirilməsi hər yerdə bayram ab-havası yaradır. Bu turnir tarixi hadisədir. İlk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarında çıxış etməyin özü də sevindirici və çox qürurvericidir. Təbii ki, idmançılarımız özləri də Avropa Oyunlarına böyük önəm verir. Başa düşürlər ki, bu Oyunlarda bayrağımızı yüksəltmək, yaxşı nəticələr vermək lazımdır. 17 gün ərzində böyük idman bayramı olacaq”.

Qeyd edək ki, I Avropa Oyunlarının proqramına salınan dörd qeyri-olimpiya idman növündən biri də karatedir. Bakı 2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq. Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm