• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Birinci Avropa Oyunlarının məşəli Xaçmazda şölələndi

Birinci Avropa Oyunlarının məşəli Xaçmazda şölələndi

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə səyahətini davam etdirir.

Publika.az xəbər verir ki, Xızı, Qusar və Quba rayonlarından sonra məşəlin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz şəhərində keçirilib.

Xaçmaza gətirilən məşəl şəhərin Bakı prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Məşəl xaçmazlı fəal gənc Mübariz Həsənov tərəfindən qəbul olunub. Sonra 12 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı prospekti boyunca 4 min 100 metr məsafəni qət edərək Bayraq Meydanına gəliblər. Cüdo üzrə beynəlxalq yarışların mükafatçısı Vasif Talıblı burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən xaçmazlılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra isə İsmət Qayıbov adına Xaçmaz şəhər 3 saylı məktəbin IX sinif şagirdi Arzu Əskərova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib.

Mərasim iştirakçıları Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.

Birinci Avropa Oyunları məşəlinin qarşılanma mərasimi iyunun 4-də Şabran rayonunda keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR