Bakı 2015: Azərbaycanı təmsil edəcək kayakçı və kanoeçilər müəyyənləşdi
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Azərbaycanı təmsil edəcək kayakçı və kanoeçilər müəyyənləşdi

Bakı 2015 İlk Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçı və kanoeçilər, onların yürüş edəcəkləri məsafələr, eləcə də yarış qrafiki müəyyənləşib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Oyunlarda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında 7 idmançı mübarizə aparacaq.

Kanoeçilərin mübarizəsində əsas diqqətlər 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə 1 nəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kupin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəni qət edəcək.

Kayakçılara gəldikdə, 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200 metr, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Qadınların mübarizəsində isə olimpiya çempionu İnna Osipenko-Radomskavaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında kayak və kanoe yarışları 14-16 iyunda Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm