“Əsrlərin yaddaşı” layihəsinin təqdimatı keçiriləcək
Bizi izləyin

Bakı 2015

“Əsrlərin yaddaşı” layihəsinin təqdimatı keçiriləcək

Bu gün İçərişəhər Memarlıq Qoruğunda - Muğam Klubda "Əsrlərin yaddaşı" adlı promovideonun təqdimatı keçiriləcək. Publika.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyi “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliğinə həsr olunmuş "Əsrlərin Yaddaşı" adlı layihəsinin icrasını başa vurub.

Layihənin məqsədi Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimləri, xalq sənətinin növlərindən olan xalçaçılıq, zərgərlik, kəlağayı kimi milli tarixi və mədəni dəyərlərinin real və virtual aləmdə təbliğidir. Layihənin vəzifələri Azərbaycan vətəndaşlarının tarixi, mədəni və mənəvi dəyərlərimizə həssaslığının artırılması, onlarda yüksək vətəndaş keyfiyyətlərinin formalaşması, Azərbaycanın milli mədəni dəyərlərinin qorunması və təbliğ olunmasının əhəmiyyətinin xarici qonaqlara çatdırılması ilə bağlı tədbirin keçirməsidir.

Layihə çərçivəsində çəkilmiş promovideoda Azərbaycan milli geyimləri, xalçası, kəlağayı, zinət əşyaları, suvenir kuklaları və şirniyyatı arasında olan əlaqələr, onları incə tellərlə biri-birinə hörən bağlar təsvir ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm