Avropa Oyunlarının məşəli İçərişəhəri səyahət edəcək
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının məşəli İçərişəhəri səyahət edəcək

Bakı 2015 birinci Avropa Oyunlarının məşəl səfəri iyunun 12-də keçiriləcək açılış mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən də İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.

Publika.az xəbər verir ki, məşəl iyunun 7-də Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq. İyunun 9-da Məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.

Bakı-2015 məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyun ayının 8-9-u tarixlərdə İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bakı-2015 məşəli 11 iyun tarixində Qız Qalasından götürülərək 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına aparılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm