Brilliantla Aygün məşəldar olacaqlar
Bizi izləyin

Bakı 2015

Brilliantla Aygün məşəldar olacaqlar

Əlbəttə, Avropa Oyunlarında məşəldar olmaq hər bir azərbaycanlı üçün şərəf olar. Məşəldarlar arasında ölkənin ən güclü idmançıları ilə yanaşı, bir sıra incəsənət xadimi də bölgələrdə məşəl daşımaq şərəfinə nail olub.

Bakıda isə məşəldarlardan birinin xalq artisti İlhamə Quliyevanın olması cəmiyyət arasında birmənalı qarşılanmadı. Bu məsələyə ilk etiraz edən isə digər xalq artisti, illərdir küsülü olan Flora Kərimova olub.

Çox su aparan bu xəmirdən danışmaq istəmirəm. Çünki bunu yazmayan, danışmayan olmadı.

Publika.az xəbər verir ki, bu gün daha iki xalq artistinin paytaxt Bakıda məşəldar olacağı bəlli olub. Onlar arasında Brilliant Dadaşovanın və Aygün Kazımovanın da adı var. Hər biri bu şərəfə nail olduqları üçün xoşbəxt olduğunu bildirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm