• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı 2015: İdmançılarımızın geyimləri də hazır oldu – FOTO

Bakı 2015: İdmançılarımızın geyimləri də hazır oldu – FOTO

Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının geyim dəsti artıq hazırdır.

Publika.az xəbər verir ki, iyunun 12-də baş tutacaq təntənəli açılış mərasimində idmançılarımız göy rəngli kostyumlarda olacaqlar. Ağ köynəklərlə əlvan qalstuklar komandamızın geyimini daha da gözəlləşdirəcək. Geyimlər artıq açılış mərasimində iştirak edəcək idmançılara təqdim olunub. Hər bir idmançıya həm rəsmi parad, həm də adi günlərdə istifadə olunacaq iki dəst geyim verilib.

Qeyd edək ki, İlk Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də keçiriləcək. Mərasim saat 20:15-də başlayacaq və 3 saat davam edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR