Bakı 2015: Güləş millimizin heyəti açıqlandı – Kim yoxdur?
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Güləş millimizin heyəti açıqlandı – Kim yoxdur?

Avropa Oyunlarında iştirak edəcək güləş yığmalarımızın heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi Saypulla Absadiov heyətə ən güclü idmançıları cəlb etsə də, olimpiya çempionu Şərif Şərifov (97 kq) yarışa qatılmayacaq. Güləş Federasiyasından verilən xəbərə görə, onun Avropa Oyunlarında iştirak etməməyi qarşıdakı dünya çempionatına hazırlıqla bağlıdır.

Qatıldığı bütün yarışlarda ölkəmizi layiqincə təmsil edən Xetaq Qazyumov yenə də komandadadır. Digər olimpiya çempionumuz Toğrul Əsgərov isə ona bəslənilən ümidləri paytaxtda doğrultmağa çalışacaq.

Yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Cəmşid Xeyrabadi də əksər turnirlərdə güvəndiyi güləşçilərə yer verib. İranlı çalışdırıcı bu heyətdən böyük uğur gözlədiyini də gizlətməyib.

Qadın güləşçilərdən ibarət millimizin baş məşqçisi Semyon Şterev də Avropa Oyunlarında aparıcı idmançılara ümid bağlayacaq. Onun açıqladığı “səkkizlik”də müəyyən fasilədən sonra karyerasını bərpa edən Gözəl Zutova da var.

Sərbəst güləş: Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (97 kq), Camaləddin Maqomedov (125 kq);

Yunan-Roma güləşi: Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Cunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq), Sabahi Şəriəti (130 kq);

Qadın güləşi: Mariya Stadnik (48 kq), Solmaz Həşimzadə (53 kq), Natalya Sinişin (55 kq), Alyona Kosenik (58 kq), Yuliya Ratkeviç (60 kq), Elmira Qəmbərova (63 kq), Nadiya Muşka (69 kq), Gözəl Zutova (75 kq).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm