“Bakı 2015”-in rəsmi saytı bütün idmançılara yer ayırdı
Bizi izləyin

Bakı 2015

“Bakı 2015”-in rəsmi saytı bütün idmançılara yer ayırdı

Birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının bioqrafiyası Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib.

Publika.az xəbər verir ki, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.

Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz – www.az.baku2015.com/athletes/index.html

Oxumağa davam et
Reklam
Reklam

Gündəm